Sizinxeber.az » SÖZÜM VAR ! » Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik

Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik

İctimai nəqliyyatda qiymətlərin artırılması hər dəfə gündəmə gələndə, hökumət rəsmiləri bu addımı “zəruri tənzimləmə” kimi təqdim edirlər. Ancaq reallıqda bu qərarın ən çox təsir etdiyi təbəqə, minimum əməkhaqqı ilə dolanan, kirayədə qalan, gündəlik xərclərini güclə qarşılaya bilən insanlardır. Bahalı maşınlarla işə gedən, ayda minlərlə manat maaş alan məmurlar üçün 10–20 qəpik fərqi hiss olunmaz. Amma ayın sonunu güclə gətirən vətəndaş üçün bu, böyük yükə çevrilir.

Bir çox qərarların qəbul edildiyi iclas otaqlarında bəlkə də ictimai nəqliyyatdan istifadə edən bir nəfər belə yoxdur. Çünki həmin şəxslər illərdir avtobusa, metroya minmirlər. Onların həyatında ictimai nəqliyyat sadəcə statistika və ya hesabat rəqəmləridir. Bu səbəbdən də qərarların sosial yükünü görmək, sadə insanların yaşadığı çətinliyi hiss etmək onlara yad qalır.

Bir anlıq təsəvvür edin: Aylıq 500 manat maaş alan bir insan hər gün işə gedib-gəlmək üçün avtobusa və metroya minir. Gediş haqqı 60 qəpik olanda, bu şəxs ay ərzində yalnız nəqliyyata 40–50 manat xərcləyir. Bu, onun ümumi gəlirinin təxminən on faizinə bərabərdir. Halbuki, eyni pulu çox zaman uşaq dərslərinə, ərzağa və ya dərmana xərcləmək olar. Beləliklə, adi bir qiymət dəyişikliyi ailənin büdcəsində balansı tamamilə poza bilir.

Məsələ bununla da bitmir. İctimai nəqliyyat bahalaşanda, bu qərar zəncirvari şəkildə bütün bazara təsir edir. Satıcı deyir ki, malı anbara gətirmək üçün əlavə xərc çəkib, o xərcini də qiymətin üstünə qoyur. Nəticədə çörəkdən tutmuş gündəlik ərzağa qədər hər şeyin qiyməti qalxır. Əslində, ictimai nəqliyyatda edilən hər artım, bir növ bütün ölkənin həyat səviyyəsini bahalaşdırır.

Əməkhaqlar isə bu artımla ayaqlaşmır. Minimum əməkhaqqı hələ də yüzlərlə min insan üçün əsas gəlir mənbəyidir. Maaş artmadan gediş haqqının qaldırılması sosial ədalətsizlik yaradır. İnsanlar sual edir: niyə əvvəl maaşları qaldırmırlar, sonra qiymətləri “tənzimləmirlər”? Cavab isə ya ümumiyyətlə verilmir, ya da formal bəyanatlarla ötüşdürülür.

Burada əsas problem qərarların sadə vətəndaşın həyatından uzaq, reallıqdan kənarda verilməsidir. Bir fəhlənin gününü düşünək: səhər tezdən yola çıxır, avtobusda sıxlıq içində işə gedir, axşam yorğun halda geri qayıdır. Onun üçün hər qəpik dəyərlidir. Bəzən yol pulunu belə borc alır. Bəzən uşağına verəcəyi xərclikdən kəsir ki, işə gedib-gələ bilsin. Bu insanın həyatını bahalaşdırmaq ədalətli deyil.

Tələbələr də bu qərardan ən çox əziyyət çəkən qrupdur. Gündəlik dərsə gedib-gəlmək üçün gediş haqqı artıq böyük yükə çevrilir. Kirayədə qalan, əlavə işlərlə özünü dolandırmağa çalışan gənclərin vəziyyəti daha da çətinləşir. Onlar gələcəyin savadlı kadrlarıdır, amma indi sadəcə yol xərci ilə imtahana çəkilirlər.

Bir də pensiyaçılar var. Onların çoxu hər gün xəstəxanaya, poliklinikaya getmək məcburiyyətində qalır. 60 qəpik onlara bəlkə də kiçik məbləğ kimi görünə bilər, amma gündəlik həyatında bu fərq böyük rol oynayır. Çünki pensiya kartına gələn pul onsuz da dərman və kommunal xidmətlərə güclə çatır.

Bu qərarların sosial nəticələrini görməmək mümkün deyil. Amma qərarvericilər sanki bütün bunları eşitmək istəmirlər. Əgər doğrudan da insanları düşünürlərsə, gərək əvvəlcə maaşları, təqaüdləri, sosial müavinətləri qaldırsınlar. Yalnız bundan sonra qiymətlərin artımı müzakirəyə çıxarılsın.

Əks halda, bu “tarif tənzimləməsi” deyil, sadəcə insanların həyatını çətinləşdirən bir yük olur. Bir yük ki, onu daima sadə vətəndaş daşıyır, imkanlı təbəqə isə hiss belə etmir.

Bu məsələdə ən vacib sual budur: doğrudanmı, qərar qəbul edənlərin içində ictimai nəqliyyata minən, sıravi vətəndaş kimi sıxlıqda gedib-gələn bir nəfər belə yoxdur? Əgər olsaydı, yəqin ki, bu qərarın nə qədər ağır nəticələr doğurduğunu öz təcrübəsindən anlayardı.

Nəticə odur ki, ictimai nəqliyyatda qiymət artımı təkcə gediş haqqı deyil, insanların gündəlik həyatının keyfiyyətidir. Bu addım bir ailənin büdcəsini pozur, bazarın qiymətlərini artırır, tələbələrin, fəhlələrin, pensiyaçılarının çiyninə əlavə yük qoyur. Ona görə də, əgər doğrudan da sosial dövlət qurmaq istəyiriksə, belə qərarları verməzdən öncə xalqın səsini eşitmək, onların reallığını nəzərə almaq vacibdir.

Bu məqalə “Sözüm var” layihəsi çərçivəsində İzzət Qurbanov imzası ilə hazırlanmışdır.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib