Xırdalan sakini yuxarı mərtəbədən 2-ci mərtəbənin eyvanına yıxılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Xırdalan sakini yuxarı mərtəbədən 2-ci mərtəbənin eyvanına yıxılıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasında yuxarı mərtəbədən binanın 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı mənzilin qapısının bağlı olması səbəbindən xərəklə eyvandan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Oxşar xəbərlər

FHN: Sumqayıtda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO
FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib
Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər