Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib


4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Seyid Abbas Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb.

Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.

Oxşar xəbərlər

Azərbaycan-İran ikitərəfli münasibətləri müzakirə olunub - YENİLƏNİB
Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib
Ceyhun Bayramov yeni iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər