FHN: Sumqayıtda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib  - VİDEO
sizinxeber.az xəbər saytı

FHN: Sumqayıtda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan 2001-ci il təvəllüdlü C.Mircamalova yaşadığı mənzilin eyvanından binanın 3-cü mərtəbəsində yerləşən artırmanın damına yıxılıb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Oxşar xəbərlər

FHN: Ötən sutka 54 yanğına çıxış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər