BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI
sizinxeber.az xəbər saytı

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI


İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş ümumi təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada keçiriləcək.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyunun 5-də IV siniflər istisna olmaqla bütün digər siniflər üçün 108 monitorinq mərkəzində, iyunun 6-da isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə VI siniflər istisna olmaqla digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dərs prosesi distant (məsafədən) formada aparılacaq.

Qeyd edilib ki, monitorinq nəticələri şagirdlərin summativ qiymətlərinə və sinifdən sinfə keçməsinə təsir etmir.

O da bildirilib ki, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək. Ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

Oxşar xəbərlər

WUF13: Bakıda bəzi məktəb və universitetlərdə tədris distant formada olacaq
Bakıda 4063 şagirdin yerdəyişməsi üçün müraciət edilib
Sabahdan şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq
Bakının 7 rayonunda tədris distant formada olacaq
Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər