Siyasət Əsgərov: İrəli xətdə hər kəsdən qol gözləyirik
sizinxeber.az xəbər saytı

Siyasət Əsgərov: İrəli xətdə hər kəsdən qol gözləyirik


Azərbaycanın futbol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyunundan əvvəl fikirlərini bölüşüb.

"Sizinxeber.az" AFFA-ya istinadən xəbər verir ki, o, matça maksimum hazırlaşdıqlarını bildirib.

Siyasət Əsgərovun sözlərinə görə, onlar üçün Sumqayıtda oynamaq şərəfdir:

"Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin hansı boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik".

Oxşar xəbərlər

Siyasət Əsgərov: "Məqsədimiz dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır"
Siyasət Əsgərov: "Andorra ilə səfər matçını unudub evdəki oyuna köklənməliyik"
"Neftçi"nin qadınlardan ibarət komandası ikinci oyunda da məğlub olub
Azərbaycan yığmasının baş məşqçisi UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkünü dəyərləndirib
Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Andorra ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər