Braziliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
sizinxeber.az xəbər saytı

Braziliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib


4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı səfir Bernard Klinql etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycan ilə Braziliya arasında mövcud dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm, aviasiya, təhsil, mədəniyyət, idman, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında qanunvericilik bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərini, çoxtərəfli diplomatiya sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Bu çərçivədə, iqlim gündəliyi və COP prosesləri üzrə nümunəvi əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşüb
Belarusun yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Polşa səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Ceyhun Bayramov Sudanın yeni təyin olunmuş səfiri ilə görüşüb
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər