"Çanmi" tayfunu Yaponiyanın infrastrukturunu iflic vəziyyətə salıb
sizinxeber.az xəbər saytı

"Çanmi" tayfunu Yaponiyanın infrastrukturunu iflic vəziyyətə salıb


Güclü yağış və küləklə müşayiət olunan "Çanmi" tropik fırtınası Yaponiyanın Vakayama prefekturasının cənubuna çataraq ölkənin mərkəzi və şərq hissələrində ciddi nəqliyyat problemləri yaradıb.

"Report" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

3 iyun səhəri etibarilə siklon Mie prefekturasının Şima şəhərindən təxminən 40 km şərqdə, şimal-şərqə saatda təxminən 40 km sürətlə hərəkət edib. Tokio və ətraf ərazilərdə bir neçə çayda daşqın, təxliyə və sürüşmə xəbərdarlığı edilib.

Meteoroloqlar Sakit okean sahillərində davam edən güclü yağış və fırtına küləkləri barədə xəbərdarlıq ediblər. Dalğalar bəzi yerlərdə 9 metr hündürlüyə çatıb və sahil infrastrukturu üçün təhlükə yaradıb.

Tayfun artıq nəqliyyatda ciddi problemlər yaradıb. Dəmir yolu operatorları Tokio ərazisindəki xətlər də daxil olmaqla, onlarla marşrutu ləğv edib. Şəhərlərarası və şəhərətrafı xətlər də daxil olmaqla bir neçə marşrutda xidmət tamamilə və ya qismən dayandırılıb.

Hava səyahətləri də iflic vəziyyətinə düşüb, təxminən 760 daxili və 90-dan çox beynəlxalq uçuş, o cümlədən Haneda hava limanındakı uçuşların əhəmiyyətli bir hissəsi ləğv edilib.

Oxşar xəbərlər

Yaponiyada "Çanmi" tayfunu nəticəsində doqquz nəfər xəsarət alıb
“Ampil” qasırğası Yaponiyada həyatı iflic edib
Güclü fırtına Hindistanın cənub-şərq sahillərinə çatıb
Yaponiya sahillərində güclü zəlzələdən sonra sunami baş verib
CNN: ABŞ-də 62 milyon sakin qar fırtınası təhlükəsi ilə üz-üzədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər