Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-ya verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.
Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb
Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb
Saatlıda narkotik bitkilərin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlanıb
Sabirabadda narkotik bitki yetişdirən 4 nəfər saxlanılıb
Ağcabədidə 12 kq narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib
-
Bu gün geomaqnit qasırğası olacaq
