Viza düzəltmək adıyla 200-dən çox vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində təqsirləndirilən Rüfət Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas olmadığını və məhkəmənin baxışa verilməsini istəyib.
Məhkəmənin baxış iclası oktyabrın 30-na təyin olunub.
Qeyd edək ki, “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev dələduzluqda ittiham olunur. 200-dən çox şəxs zərərçəkən qismində tanınıb. Çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilmişdi.
Oxşar xəbərlər
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













