Nazir: Gürcüstan Orta Dəhliz üzrə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək
sizinxeber.az xəbər saytı

Nazir: Gürcüstan Orta Dəhliz üzrə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək


"Gürcüstan Orta Dəhliz üzrə tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan, Qazaxıstan və Çin ilə əməkdaşlıq xüsusilə vurğulanmalıdır.

"Tərəfdaş ölkələrimiz artıq çox nəzərəçarpacaq nəticələr əldə ediblər. Ötən il yük dövriyyəsi 33% artıb və biz əminik ki, bu il daha bir uğurlu il olacaq. Çünki biz Orta Dəhliz üzrə tərəfdaş ölkələrlə çox sıx əməkdaşlığı davam etdirəcəyik. Məqsədimiz dəhlizi daha rəqabətli, alternativ deyil, ortaq səylər, ortaq layihələr və ortaq təşəbbüslərlə əsas nəqliyyat bağlantısına çevirməkdir", - Kvrivişvili əlavə edib.

Oxşar xəbərlər

Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək
Gürcü nazir müavini: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında əlaqələri daha da dərinləşdirəcək
Nazir: Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini artırır
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
Kvrivişvili: Azərbaycan Gürcüstanın strateji iqtisadi tərəfdaşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər