Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda anket məlumatları dəqiqləşdirilib.
Zərəçəkmiş şəxs qismində Fikrət Balabəyovun həyat yoldaşı Arzu Balabəyova tanınıb.
Məhkəmə baxışı oktyabrın 10-na təyin olunub.
Qeyd edək ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində araşdırma aparılıb. Əməli törətməkdə şübhəli bilinən A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
A.Balabəyova Bakıda özəl klinikaların birində həkim işləyir.
Oxşar xəbərlər
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Xırdalanda azyaşlı övladının gözü önündə arvadını öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb
Bakı sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Bakıda ev sahibi ilə kirayənişin arasında dava düşüb, qadınlar xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
