Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb  - FOTO - YENİLƏNİB 1
sizinxeber.az xəbər saytı

Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1


Sentyabrın 2-də saat 23:50-də Lənkəran rayonu Digah kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 4 nəfər (kişi cinsli) döş qəfəsinin küt travması, sağ budun küt travması, başın ön səthinin travması diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

"Zəruri ilkin tibbi yardım göstərilən yaralılar ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.

Məryəm Surxay

***

01:54

Lənkəranda baş verən qəzada xəsarət alanların sayı dördə çatıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, "Tayota Prius"un sürücüsü Lənkəran şəhər sakini 2003-cü il təvəllüdlü Rafiq Nizami oğlu Əliyev və "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran şəhər sakini 1964-cü il təvəllüdlü Davud Zəkiulla oğlu Mənsiyev də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

***
00:54

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.

"Toyota Prius" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində iki nəfər Lənkəran rayonunun Liman şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Mirzağa oğlu Seyfullayev və Lənkəran rayonunun Göyşaban kənd sakini 1994-cü il təvəllüdlü Anar Tərlan oğlu Əskərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda onların müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə avtomobil dağa çırpılıb, üç nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə avtomobil dağ yolunda qəza törədib, üç nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər