Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə axşam saatlarında Lənkəran-Lerik avtomagistralının Qurumba kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəklərinə çırpılıb.
Qəza nəticəsində üç nəfər; Lənkəran rayon Kərgəlan kənd sakini 1989-cu il təvəllüdlü Arzu Xanverdi qızı Canıyeva, Lənkəran rayon Şağlaküçə kənd sakini 1995-ci il təvəllüdlü Nurlan Akşin oğlu Kərimzadə və onun həmkəndlisi 1995-ci il təvəllüdlü Rasim Ariz oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 08.08.2024-cü il tarixində saat 21:00 radələrində Lənkəran rayonun Qurumba kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ikisi kişi, biri qadın olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri - sağ qolun bazu sümüyünün sınığı, gözətrafı nayihələrin hematoması, sol baldır sümüyünün 1/3-nin sınığı, bel və sağ çiyin oynağının küt travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin Reanimasiya şöbəsinə, digərləri Təcili yardım şöbəsinə yerləşdirilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Oxşar xəbərlər
Lənkəran rayonunda avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
