Lerikdə avtomobil dağa çırpılıb, üç nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Bu gün saat 14:40 radələrində Lerik rayonu Qışlaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (kişi cinsli) şəxs döş qəfəsinin küt travması, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin əzilmiş didilmiş yarası, sağ baldır sümüyünün 1/3-nin xətli sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasından APA-nın cənub bürosuna bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin travma şöbəsinə, digərləri Təcili yardım şöbəsinə yerləşdirilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***
16.08
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib.
Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov UAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan daha iki nəfər - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran Mərkəzi Rzyon Xəstəxanasına çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.
Qeyd edək ki, hər üç şəxs qəbir daşları düzəldən ustadır, onlar rəhmətə gedən şəxs üçün baş daşı düzəltməyə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə avtomobil dağa çırpılıb, üç nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada "Ural" markalı yük avtomobili sürücünün üstünə aşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












