Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 min 926 ədəd avtomobil ixrac edib.
"Sizinxeber.az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 2 dəfəyə yaxın azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 5 ayı ərzində Gürcüstan xarici ölkələrə 734,6 milyon ABŞ dolları dəyərində 29 min 297 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 25 % və 24 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 340 milyon ABŞ dolları dəyərində 8 min 524 ədəd, Qazaxıstana 164 milyon ABŞ dolları dəyərində 10 min 439 ədəd, İrana 44 milyon ABŞ dolları dəyərində 2 min 519 ədəd, Tacikistana 39 milyon ABŞ dolları dəyərində 2 min 356 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycan Gürcüstandan avtomobil idxalını 49 % azaldıb
Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb
Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb
Gürcüstanın Azərbaycana avtomobil satışı 22 % azalıb, dəyəri isə 14 % artıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
