Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı dördə çatıb.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, "Tayota Prius"un sürücüsü Lənkəran şəhər sakini 2003-cü il təvəllüdlü Rafiq Nizami oğlu Əliyev və "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran şəhər sakini 1964-cü il təvəllüdlü Davud Zəkiulla oğlu Mənsiyev də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
***
00:54
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.
"Toyota Prius" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində iki nəfər Lənkəran rayonunun Liman şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Mirzağa oğlu Seyfullayev və Lənkəran rayonunun Göyşaban kənd sakini 1994-cü il təvəllüdlü Anar Tərlan oğlu Əskərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda onların müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-1 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
