Azərbaycan və Türkmənistan gömrük əməkdaşlığını genişləndirmək istəyir
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkmənistan gömrük əməkdaşlığını genişləndirmək istəyir


Bu gün Dövlət Gömrük Komitəsində Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev ilə görüş keçirilib.

"Sizinxeber.az" Komitəyə istinadən xəbər verir ki, görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı əlaqələrdən məmnunluqla bəhs edilib, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda hər iki ölkənin gömrük xidmətlərinin əldə etdiyi qabaqcıl təcrübələr barədə məlumat verilib, informasiya texnologiyaları, gömrük statistikası, risklərin idarə olunması, dəniz limanlarında gömrük işinin təşkili və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gömrük generalı təqaüdə göndərildi
Gömrük nəzarətindən gizlədilən 100 min dollara yaxın vəsait aşkarlanıb
Prezident onlara ali xüsusi rütbələr verdi
Azərbaycan gömrükçüləri brilyant qaşlar aşkar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər