Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1


Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Sizinxeber.az-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Qeyd edilib ki, 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.

***

15:25

İlkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.

Bunu Sizinxeber.az-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, məlumata görə, dağıntı olmasa da, yeraltı təkan hiss edilib.

***

15:20

Azərbaycanda zəlzələ olub.

Sizinxeber.az-nın məlumatına görə, yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub.

Oxşar xəbərlər

Azərbaycanda zəlzələ olub, 3 bala qədər hiss edilib
Şamaxı və Xızıda yenidən zəlzələ olub - YENİLƏNİB
Mingəçevir su anbarında zəlzələ olub, yaxın yaşayış məntəqələrində hiss olunub
Göygöl şəhərində zəlzələ olub
Azərbaycanda zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər