AMB: Ani Ödənişlər Sisteminin payı 54 %-ə yüksəlib
sizinxeber.az xəbər saytı

AMB: Ani Ödənişlər Sisteminin payı 54 %-ə yüksəlib


Ani Ödənişlər Sisteminin payı bir ildə 2,4 %-dən 54%-ə yüksəlib.

"Report" xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

Onun sözlərinə görə, Ani Ödənişlər Sisteminin inkişafı istiqamətində ciddi işlər aparılır və sistemin əhatə dairəsi davamlı olaraq genişləndirilir: "Əgər cəmi bir il əvvəl milli ödənişlər sistemində ani ödənişlərin payı 2,4 % idisə, bu ilin may ayının statistikasına əsasən bu göstərici artıq 54 %-ə çatıb. Bu, milli ödənişlər sistemində Ani Ödənişlər Sisteminin payının qısa müddətdə əhəmiyyətli dərəcədə artdığını göstərir".

O qeyd edib ki, əldə olunan nəticədə həm Mərkəzi Bankın tənzimləmə və nəzarət siyasəti, həm texnoloji inkişaf və mükəmməlləşdirmə tədbirləri, həm də yeni məhsulların tətbiqi istiqamətində görülən işlər mühüm rol oynayıb: "Bununla yanaşı, sektor iştirakçılarının da qısa müddətdə intensiv və keyfiyyətli fəaliyyəti bu uğurun əsas amillərindən biri olub. Ani Ödənişlər Sisteminin əhatə dairəsinin bundan sonra da genişlənəcəyini gözləyirik və qarşıdakı dövrdə bu göstəricinin daha da yüksəlməsini hədəfləyirik".

Oxşar xəbərlər

Vüsal Xəlilov: "Maliyyə sektorunda iki çağırış mövcuddur"
Azərbaycanda bank kartları ilə dövriyyə 27 % artıb
AÖS-ün mobil tətbiqi üzərindən yeni istifadəçilərin qeydiyyatı dayandırılıb
Onur Faydacı: "Azərbaycanda rəqəmsal ödənişlərin payı dünya ortalamasını üstələyib"
Azərbaycanda adambaşına düşən nağdsız əməliyyatların sayı 75%-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər