Azərbaycanın Müstəqillik Günü münasibətilə Nyu-Yorkda bayraq qaldırma mərasimi baş tutub
BMT yanında Azərbaycanın Daimi Nümayəndəliyi Nyu-Yorkda 28 May – Müstəqillik Gününə həsr olunan ənənəvi bayraq qaldırma mərasimində iştirak edib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, tədbir Nyu-York şəhərində keçirilib və mərasimdə Azərbaycan-Amerika icmasının nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.
“Bu tarixi günü Azərbaycan-Amerika icmasının üzvləri və digər Nyu-York sakinləri ilə birlikdə qeyd etməkdən məmnun olduq”, – paylaşımda vurğulanıb.
Paylaşılan fotolarda Azərbaycanın dövlət bayrağının Nyu-York küçələrində qaldırıldığı və tədbir iştirakçılarının bayraqlarla mərasimə qatıldığı əks olunub.
Oxşar xəbərlər
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb
Azərbaycanın "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzvlülüyü münasibətilə bayraq qaldırma mərasimi olub
ABŞ-nin bir sıra şəhər və ştatlarında Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamələr verilib - FOTO
Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
-
Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək
