"Liverpul" 16 yaşlı Kennet Ayxornu transfer etmək istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
10:00
ff aaaaaaa

"Liverpul" 16 yaşlı Kennet Ayxornu transfer etmək istəyir

26 may, 2026
10:00
984

"Liverpul" 16 yaşlı Kennet Ayxornu transfer etmək istəyir

İngiltərənin "Liverpul" klubu Almaniya təmsilçisi "Herta"nın futbolçusu Kennet Ayxornun mümkün transferi ilə bağlı danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Mersisayd təmsilçisi 16 yaşlı müdafiəçinin müqaviləsindəki müəyyən şərtləri yerinə yetirə bilsə, oyunçunu 11,5 milyon avroya ala bilər.

"Qırmızılar"ın skautları Kennet Ayxornun oyununu izləyib və bəyəniblər.

Xatırladaq ki, futbolçu başa çatan mövsümdə II Bundesliqada 19 oyuna çıxıb və 2 qol vurub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul