Prezidentin "şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın" fikri yeni strategiyanı ifadə edir - RƏY
Prezident İlham Əliyevin "kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın" fikri Azərbaycanın yeni sosial-demoqrafik strategiyasını ifadə edir.
Bunu "Report"a açıqlamasında deputat Vasif Qafarov deyib.
O qeyd edib ki, Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərini əhatə edən siyasi-iqtisadi proqram xarakteri daşıyır:
"Prezident çıxışında 2004-cü ildən həyata keçirilən Regional İnkişaf Proqramlarını xüsusi qeyd edərək vurğuladı ki, kənd təsərrüfatının inkişafı bölgələrin sosial-iqtisadi dirçəldilməsi siyasətinin əsas tərkib hissəsidir. Son illərdə regionlarda qaz, elektrik, yol və su infrastrukturlarının yenidən qurulması kənd yerlərində həyat səviyyəsinin yüksəlməsinə, məşğulluğun artmasına və insanların öz torpaqlarına bağlılığının güclənməsinə səbəb olub. Bu siyasət dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır, çünki güclü regionlar ölkədaxili sabitliyi möhkəmləndirir, paytaxtla bölgələr arasındakı fərqləri azaldır və strateji ərazilərdə demoqrafik dayanıqlığı təmin edir".
Deputat vurğulayıb ki, dövlət başçısı bölgələrdə məktəb, xəstəxana və digər sosial infrastruktur layihələrinin həyata keçirilməsini də məhz insanların doğma torpaqlarında yaşaması üçün yaradılan şərait kimi qiymətləndirib:
"Prezident dünyada müharibələrin, nəqliyyat zəncirlərinin pozulmasının və enerji böhranının ərzaq təminatına ciddi təsir göstərdiyini vurğulayaraq bildirdi ki, hər bir dövlət özünü əsas ərzaq məhsulları ilə təmin etməlidir. Bu yanaşma dövlətçilik baxımından xüsusi əhəmiyyət daşıyır, çünki ərzaq təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Prezidentin xüsusilə buğda istehsalı ilə bağlı narahatlığı strateji xarakter daşıyır. Azərbaycanın özünü ərzaq buğdası ilə cəmi 55 faiz təmin etməsini "qəbuledilməz" adlandırması dövlətin idxaldan asılılığın azaldılması istiqamətində daha ciddi addımlar atacağını göstərir".
Vasif Qafarov əlavə edib ki, Prezident çıxışında kənd təsərrüfatında dövlət dəstəyinin və subsidiya mexanizmlərinin əhəmiyyətini xüsusi vurğuladı, Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialına da xüsusi diqqət ayırdı.
Onun sözlərinə görə, Prezident Azərbaycanın yalnız xammal ixrac edən ölkə olmamalı, pambıq mahlıcı deyil, hazır məhsul istehsal edib ixrac etməli olduğuna xüsusi diqqət verib.
"Bu yanaşma iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və əlavə dəyər yaradan sənaye modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident çıxışında yerli və xarici investorları kənd təsərrüfatına sərmayə qoymağa çağıraraq bildirdi ki, Azərbaycan beynəlxalq nüfuza malik, etibarlı tərəfdaş kimi xarici investisiyalar üçün əlverişli şərait yaradıb. Dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya qoyuluşunun nəzərdə tutulması aqrar sektorun ölkə iqtisadiyyatında strateji mövqeyə malik olduğunu göstərir.
Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərir ki, Azərbaycan kənd təsərrüfatını artıq yalnız iqtisadi fəaliyyət sahəsi kimi deyil, milli təhlükəsizliyin, sosial sabitliyin, regional inkişafın və iqtisadi suverenliyin əsas sütunlarından biri kimi qiymətləndirir. Çıxışda səsləndirilən hədəflər və prioritetlər dövlətin uzunmüddətli inkişaf strategiyasının kənd təsərrüfatı üzərində qurulan yeni mərhələyə daxil olduğunu nümayiş etdirir", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Tahir Mirkişili: Xocalı şəhərinin strateji mövqeyi onun iqtisadi potensialını daha da artırır
Nazir: “Üfüq” proqramı yeni zirvələr deməkdir"
Deputat: Kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
İlham Əliyev: Son 20 ildə kənd təsərrüfatı ilə bağlı texnika parkını yenidən formalaşdırdıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Oman sahillərində tanker atəşə tutulub
-
Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentini təbrik edib
