Avtoxuliqanlıq edib tabesizlik göstərən edən şəxs saxlanılıb  - VİDEO
sizinxeber.az xəbər saytı

Avtoxuliqanlıq edib tabesizlik göstərən edən şəxs saxlanılıb - VİDEO


Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.

APA xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən yayılan görüntülərə aydınlıq gətirlib.

Bildirilib ki, avqustun 8-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Oxşar xəbərlər

Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs saxlanılıb
Qəzada ölən moped sürücüsünün yeni görüntüləri yayılıb - VİDEO
Bakıda moped sürücüsünün öldüyü qəzaya aydınlıq gətirilib
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq etmələri ilə bağlı tədbirlər görülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər