"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
sizinxeber.az xəbər saytı

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb


Bu ilin yanvar-may aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumilikdə 4 milyon 513 min 747 sərnişin daşınıb.

"Sizinxeber.az" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.

Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4,3 milyona yaxın (+16 %), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21 %) səfər edib.

Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb və ötən ilin eyni dövründən 6 % çox olub.

Oxşar xəbərlər

"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 10 %-dən çox artırıb
Azərbaycanda dəmiryolu ilə sərnişindaşıma 21 %-ə yaxın artıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 12 % artırıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 15 %-ə yaxın artırıb
Bu il ADY-nin qatarları ilə səfər edən xarici turistlərin sayı təxminən 23 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər