"Fitch": Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq
sizinxeber.az xəbər saytı

"Fitch": Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq


2027-ci ilə qədər ÜDM-in təxminən 21%-ni təşkil edəcək Azərbaycanın dövlət borcu, "Fitch" tərəfindən qiymətləndirilən investisiya reytinqli ölkələr arasında ən aşağı göstəricilərdən biri olaraq qalacaq.

"Report" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilib.

Agentliyin qeyd etdiyi kimi, ölkənin xarici dövlət borcu son illərdə mütləq şəkildə azalmaqdadır və onun mümkün artımı su təsərrüfatı və nəqliyyat sektorlarında layihələrin həyata keçirilməsindən asılı olacaq.

"Cənub Qaz Dəhlizi şirkəti tərəfindən avrobondların geri alınmasından sonra xarici dövlət zəmanətlərinin həcmi 2026-cı ilin birinci rübündə 3 milyard ABŞ dollarına düşüb", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

"Fitch Ratings": ABŞ-nin dövlət borcu 2027-ci ilədək ÜDM-in 120 %-ni keçəcək
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“Fitch Ratings” Azərbaycanın 2031-ci ilədək dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
"Fitch": Azərbaycanın dövlət borcu investisiya dərəcəli suverenlər arasında ən aşağıdır
"Fitch" bu il Azərbaycanın iqtisadi artımının 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər