Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir
sizinxeber.az xəbər saytı

Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir


Almaniya kansleri Fridrix Merz bildirib ki, Serbiya Avropa İttifaqına üzv olmaq istəyirsə, Rusiya, Çin və Avropa arasında balanslaşdırma siyasətindən əl çəkməlidir.

APA xəbər verir ki, o, bu barədə Monteneqroda keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

“Rusiya, Çin və Avropa arasında manevr siyasəti yürütmək mümkün deyil”, – deyə Merz bildirib.

Kanslerin sözlərinə görə, Serbiya gələcəyini harada gördüyünə dair aydın seçim etməlidir.

“Əgər Serbiyanın cavabı Avropadırsa, Avropanın cavabı da Serbiya olacaq”, – deyə o vurğulayıb.

Merz əlavə edib ki, Aİ liderləri Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşdə bu gözləntiləri açıq şəkildə onun diqqətinə çatdırıblar.

Oxşar xəbərlər

Merz: Avropa Rusiya ilə Ukraynaya dair danışıqlara hazırdır
Merz ABŞ hərbçilərinin Almaniyadakı gələcəyini Trampla müzakirə etmək niyyətindədir
Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün kifayət qədər səs toplaya bilməyib
Vuçiç: Serbiya ABŞ ilə əməkdaşlıq etmək niyyətindədir
Merz: Rusiyanın Ukraynada qalib gəlmək şansı yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər