Yaponiya nafta idxalını 80%-ə qədər bərpa edib
Yaponiya şirkətləri neft-kimya sənayesində əsas komponent olan naftanın idxal həcmini ABŞ-İran münaqişəsindən əvvəlki səviyyənin 80%-nə qaytara biliblər.
"Report" xəbər verir ki, bu barədə "Nikkei Asia" qəzeti "Kpler" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumatlara görə, Yaponiya şirkətləri may ayında təxminən 1,05 milyon ton nafta idxal ediblər ki, bu da 2025-ci il üçün aylıq orta göstəricinin təxminən 78%-ni təşkil edir.
Nəşrin qeyd etdiyi kimi, ABŞ da daxil olmaqla alternativ təchizatçılar idxal həcmlərinin bərpasına kömək edib. Bundan əlavə, bəzi tankerlər Hörmüz boğazından keçərək Fars körfəzindən Asiyaya gedə biliblər.
Lakin qiymətlər ABŞ-İran münaqişəsindən əvvəlkindən 30% yüksək olaraq qalır. Yaponiya Neft-Kimya Sənayesi Assosiasiyasının sədri Kosiro Kudonun sözlərinə görə, yüksək qiymətlər bir müddət davam edəcək.
Nafta təchizatındakı problemlər səbəbindən Yaponiyadakı əsas kimyəvi maddələr istehsalçıları istehsalı azaltmaq məcburiyyətində qalıblar. Mart və aprel aylarında Yaponiyada etilen zavodlarının istifadə nisbəti rekord səviyyədə - 60-70%-ə düşüb.
Oxşar xəbərlər
Nikkei: Yaponiya sənayesi nafta təchizatında fasilələr riski ilə üzləşir
Yaponiya Hörmüz boğazından tankerin keçməsi üçün İrana pul ödəməyib
Yaponiya Rusiya ilə ticarəti maksimum azaldıb
İran Yaponiya gəmilərinə güzəşt edə bilər
BƏƏ Hörmüz boğazından yan keçməklə Yaponiyaya neft tədarük edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
