"Fitch" bu il Azərbaycanın iqtisadi artımının 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb
sizinxeber.az xəbər saytı

"Fitch" bu il Azərbaycanın iqtisadi artımının 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb


Beynəlxalq reytinq agentliyi "Fitch Ratings", 2025-ci ildəki əhəmiyyətli bir yavaşlamadan sonra 2026-cı ildə Azərbaycanda iqtisadi artımın orta dərəcədə 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb.

"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, təmkinli maliyyə siyasəti və kredit artımının mülayim templəri enerji qiymətlərinin yüksək olmasının ölkə iqtisadiyyatına təsirini kompensasiya edəcəyi gözlənilir.

"Fitch" həmçinin inflyasiyanın sürətlənəcəyini proqnozlaşdırıb. Agentlik 2026-cı ildə orta illik inflyasiya səviyyəsinin əvvəlki ildəki 5,6%-dən 6,1% artacağını təxmin edib.

Agentliyin fikrincə logistika xərclərinin, ərzaq qiymətlərinin və tənzimlənən tariflərin artması inflyasiyaya təzyiq göstərəcək:

"Lakin bu təsir manatın Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı nominal möhkəmlənməsi ilə qismən azaldılacaq".

Oxşar xəbərlər

"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
"Fitch Solutions”: Bu il Azərbaycanda inflyasiya 4%-dən yüksək olacaq
"Fitch" Gürcüstanın kredit reytinqi ilə bağlı proqnozunu “Mənfi”yə dəyişib
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
“Fitch” 2025-ci ildə Azərbaycanda inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər