“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
sizinxeber.az xəbər saytı

“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. ABŞ dollarına çatacağını proqnozlaşdırır.

APA-Economics” xəbər verir ki, agentliyin məlumatına görə, bu göstərici ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 117%-nə bərabər olacaq.

“Fitch” bildirir ki, aktivlərin 84%-i Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında saxlanılır.

Agentliyin qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft və qaz gəlirlərini artıracaq, bu da xarici aktivlərin həcminin böyüməsinə şərait yaradacaq.

Fitch əlavə edib ki, Azərbaycanın xalis suveren xarici aktivləri 2026-cı ildə ÜDM-in 73%-nə çatacaq ki, bu da “BBB” reytinqli ölkələr arasında ən yüksək göstəricidir.

Oxşar xəbərlər

“Fitch Ratings” Azərbaycanın kredit reytinqini təsdiqləyib
“Fitch”: Bu ilin sonunda Azərbaycanın beynəlxalq ehtiyatları 13 milyard dolları ötəcək
“Fitch” Azərbaycanın reytinqini investisiya səviyyəsində təsdiqləyib
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər