QMİ rəsmisi: Bu gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb
sizinxeber.az xəbər saytı

QMİ rəsmisi: Bu gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb


Bu gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

Bu barədə Sizinxeber.az-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Birinci təyyarə ilə yola düşən zəvvarlar artıq Cöhfə miqatındadırlar. Orada ehram bağlayıb gecə saatlarında Məkkəyə çatacaqlar. İkinci zəvvar təyyarəsi isə indi yola düşdü. Onlar birinci təyyarədəki zəvvarlardan fərqli olaraq, Ciddədən birbaşa Məkkəyə gedəcəklər”,- Vüsal Cahangiri bildirib.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Oxşar xəbərlər

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək
Üçüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşəcək
Azərbaycandan Həccə gedən ikinci zəvvar qrupu Məkkəyə çatıb - YENİLƏNİB2
Azərbaycandan Həccə gedən ikinci zəvvar qrupu Məkkəyə çatıb - YENİLƏNİB
Dördüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər