“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
sizinxeber.az xəbər saytı

“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Sabit” saxlayıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, agentlik qərarını Azərbaycanın güclü xarici maliyyə mövqeyi, aşağı dövlət borcu və Dövlət Neft Fondunun (ARDNF) iri həcmli aktivləri ilə əsaslandırıb.

Agentliyin proqnozuna görə, Azərbaycanın dövlət borcu 2027-ci ildə ÜDM-in təxminən 21%-i səviyyəsində qalacaq ki, bu da investisiya reytinqinə malik ölkələr arasında ən aşağı göstəricilərdən biridir.

Fitch həmçinin Azərbaycanın investisiya səviyyəli reytinqinin qorunması üçün güclü xarici balansın və ehtiyatlı makroiqtisadi siyasətin mühüm rol oynadığını vurğulayıb.

Oxşar xəbərlər

“Fitch Ratings” Azərbaycanın kredit reytinqini təsdiqləyib
“Fitch” Azərbaycanın reytinqini investisiya səviyyəsində təsdiqləyib
“Fitch” Azərbaycanın investisiya reytinqini təsdiqləyərək “BBB”yə qədər yüksəldib
“Fitch” Fransanın reytinq proqnozunu “mənfi”yə dəyişib
"Fitch" Azərbaycanın investisiya reytinqini təsdiqləyib və ölkə həddini "BBB"yə qədər yüksəldib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər