ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib
sizinxeber.az xəbər saytı

ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib


ABŞ Dövlət Departamenti Küveytə 1,98 milyard dollar dəyərində potensial hava hücumundan müdafiə sistemlərinin satışını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib.

"ABŞ Dövlət Departamenti Küveyt hökumətinə Xarici Hərbi Satış proqramı çərçivəsində pilotsuz uçuş aparatlarına (PUA) qarşı platformaların və əlaqəli avadanlıqların alınması üçün hərbi texnikanın mümkün satışını təsdiqləyib", - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, pilotsuz uçuş aparatlarına (PUA) qarşı platformaların alınması Küveyt hökuməti tərəfindən tələb olunub.

Proqrama "Roadrunner-Munnition" və "Anvil-Kinetic" platformaları, buraxılış qurğuları, müxtəlif qüllələr, proqram təminatının hazırlanması, sənədləşdirmə, ABŞ hökumətinə və podratçılara mühəndislik, texniki və logistika xidmətləri, eləcə də digər logistika və proqram təminatı dəstək elementləri daxil olacaq.

Oxşar xəbərlər

Dövlət Departamenti Niderlanda "Patriot"ların 224 milyon dollara satışını təsdiqləyib
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
ABŞ Xorvatiyaya HIMARS raketdən müdafiə sistemlərinin satışını təsdiqləyib
ABŞ Polşaya 1,33 milyard dollarlıq “hava-hava” raketlərinin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Ər-Riyada 1 milyard dollar dəyərində silah satışını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər