Türkiyənin XİN başçısı: ABŞ ilə İran atəşkəs və Hörmüz boğazının açılmasını istəyirlər
Türkiyə ABŞ və İranın Yaxın Şərqdə atəşkəs rejiminin qorunması, Hörmüz boğazının açılması və danışıqların davam etdirilməsində səmimi şəkildə maraqlı olduğunu hesab edir.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.
O xatırladıb ki, səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və "Hizbullah" nümayəndələri ilə baş tutan təmaslar barədə məlumat verib və bu təmasların yekunlarına əsasən tərəflər Livanda atəşkəs rejiminə riayət etməyə razılaşıblar.
"Görünən odur ki, İsrail hazırda quru əməliyyatından imtina edib. Buna görə də düşünürəm ki, hər iki tərəf dayandıqları yerdən danışıqlara qayıda bilər. Ümid edirəm ki, bir neçə gün ərzində onlar qarşılıqlı anlaşmaya nail ola biləcəklər", - Fidan qeyd edib.
Livanda atəşkəs rejiminin qorunub saxlanması ehtimalı ilə bağlı optimist olub-olmadığı barədə suala Türkiyənin XİN rəhbəri belə cavab verib: "Həm bəli, həm xeyr".
"Mən əminəm ki, amerikalılar və iranlılar səmimi şəkildə atəşkəs, Hörmüz boğazının açılmasını və gələcək danışıqların, xüsusən də nüvə proqramı və bununla bağlı məsələlər üzrə danışıqların davam etdirilməsini istəyirlər. İsrailə gəldikdə isə, Təl-Əvivdə regionda sabitliyə can atmaq istəyi görmürəm. Yəni bu məsələdən (Livanda atəşkəsdən-red.) o qədər də əmin deyiləm", - nazir vurğulayıb.
ABŞ-nin danışıqlardan imtina etməsi və İrana zərbələri bərpa etməsi ehtimalı barədə sualı cavablandıran Fidan, bu ssenaridən qaçmağın mümkün olacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, vasitəçilər, Türkiyə, Qətər və prosesin digər iştirakçıları danışıqlara kömək etmək və tərəflərin qarşılıqlı anlaşmasına nail olmaq üçün səylər göstərməyə davam edirlər.
Oxşar xəbərlər
Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir
İvett Kuper: Britaniya Livanın atəşkəs sazişinə daxil edilməsini istəyir
Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb
Hakan Fidan: Atəşkəs Ukraynada nizamlanma üçün mühüm əhəmiyyət kəsb edir - YENİLƏNİB
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
