Gürcüstan səfiri: Azərbaycan bir sıra strateji əhəmiyyətli layihələri uğurla həyata keçirib
sizinxeber.az xəbər saytı

Gürcüstan səfiri: Azərbaycan bir sıra strateji əhəmiyyətli layihələri uğurla həyata keçirib


Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər xalqlar arasında çoxəsrlik dostluğa, ortaq dəyərlərə və ənənələrə əsaslanır.

“Report”un xəbərinə görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən ziyafətdə deyib.

Diplomatın sözlərinə görə, tərəflər təkcə siyasi deyil, həm də iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir:

“2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 1 milyard dollardan çox olub. Bu göstəriciyə görə Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir”.

Z.Pataradze qeyd edib ki, Azərbaycan regionun rolunu və əhəmiyyətini xeyli artıran bir sıra strateji əhəmiyyətli layihələri uğurla həyata keçirib:

“Bunlara Qara dəniz sualtı kabel layihəsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və TAP, eləcə də modernləşdirmə nəticəsində ötürücülük qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona yüksələn Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi daxildir. Bu, ölkələrimiz arasında uğurlu regional əməkdaşlığın bariz nümunəsidir”.

Oxşar xəbərlər

Kobaxidze: Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir
Səfir: Gürcüstan XİN rəhbərinin Azərbaycana rəsmi səfəri əlaqələri daha da gücləndirəcək
Gürcüstanın Azərbaycandakı yeni səfirliyinin ərazisi 3500 kvadratmetr olacaq
Azərbaycan – Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY
Sahibə Qafarova: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər strateji xarakter daşıyır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər