Səfir: Gürcüstan XİN rəhbərinin Azərbaycana rəsmi səfəri əlaqələri daha da gücləndirəcək
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin ilin əvvəlində ilk rəsmi səfərini Bakıya etməsi vacibdir.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
O, Azərbaycanın Gürcüstan üçün strateji dost ölkə olduğunu qeyd edərək bildirib ki, səfər çərçivəsində bir sıra mühüm görüşlər planlaşdırılır:
“Bu görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri ilə, iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək. Bu səfər ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə müzakirələri artıracaq, əlaqələrin inkişafını təmin edəcək”.
Z.Pataradze, həmçinin vurğulayıb ki, bu görüşlər əlaqələrin yeni mərhələyə keçməsinə imkan yaradacaq.
Ruslan Həsənov
Oxşar xəbərlər
Səfir Gürcüstan XİN başçısının Bakıda müzakirə edəcəyi məsələləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan gələn il Azərbaycana yeni səfir göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Tbilisi XİN başçısının Azərbaycana bugünkü səfər proqramını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri Azərbaycana gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












