Kobaxidze: Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir
Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşından biridir.
APA xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 10-cu sessiyasında bildirib.
Hökumət başçısının Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biri olduğunu vurğulayıb.
“Regional əməkdaşlıq kontekstində enerji və nəqliyyat marşrutlarının uğurlu fəaliyyətinin təmin edilməsi, mövcud münaqişələrin nizamlanması və regionda təhlükəsizliyin təşviq edilməsi vacibdir. Bu gün biz təbii olaraq mövcud iqtisadi, ticari, enerji və nəqliyyat layihələri, onların əhəmiyyəti üzərində dayanacağıq. Bu iqtisadi layihələr ölkələrimizin cəlbediciliyini xeyli artırır. Azərbaycan son bir neçə ildə ölkəmiz üçün ilk beş ticarət tərəfdaşı arasındadır. Bu baxımdan Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzrum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri, “Orta Dəhliz” layihəsi, həmçinin Qara dəniz sualtı kabel layihəsi kimi vacib regional layihələr həyata keçiririk. Birgə səylərimizi enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin təmini və təşviqi istiqamətində yönəltməliyik”, - deyə İrakli Kobaxidze bildirib.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstanla-Azərbaycan strateji tərəfdaşlığı regional sabitliyin təmin edilməsində həlledici rol oynayır
İrakli Kobaxidze: Gürcüstan üçün regional əməkdaşlıq çox vacibdir
Kobaxidze Azərbaycana gəlir
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












