Rəsmi Tehran Azərbaycan səfirliyinə hücum edən şəxsin edamının gecikməsinə aydınlıq gətirib
sizinxeber.az xəbər saytı

Rəsmi Tehran Azərbaycan səfirliyinə hücum edən şəxsin edamının gecikməsinə aydınlıq gətirib


İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir.

APA xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə Bakıda jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın səfirliyinə hücum acı bir hadisə idi. Bu hadisədən sonra həm polis, həm də məhkəmə hakimiyyəti tərəfindən çox geniş istintaq aparıldı. Baxmayaraq ki, bu acı hadisə idi, amma hər iki xalqın təmaslarını daha da yaxınlaşdırdı. Hər iki tərəf münasibətləri yenidən canlandırmaq üçün təşəbbüslər irəli sürdü. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”, - Səid Xətibzadə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin barəsindəki hökmün icra olunmamasına münasibət bildirərkən deyib.

Oxşar xəbərlər

İran məhkəmə sistemi: Azərbaycan səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb
Kobaxidze: Ukraynada müharibə bitəndən sonra Gürcüstanın Qərblə münasibətlərinin bərpasına şərait yaranacaq
Baş prokuror Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxslə bağlı hökmün icrası prosesinə münasibət bildirib
Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər