Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb.
APA xəbər verir ki, bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində BMTM və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi (IPIS) arasında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.
Sənəd BMTM-nin İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.
Oxşar xəbərlər
İran XİN rəhbərinin müavini Səid Xətibzadə Azərbaycana səfər edəcək
BMTM rəhbəri televiziyalardakı siyasi səpkili məsələlərə emosional yanaşmağı doğru saymır
İran və Tacikistan 23 anlaşma memorandumu imzalayıb
BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
BMTM-in rəhbəri: Fransa Ermənistanda revanşistləri silahlandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












