İran məhkəmə sistemi: Azərbaycan səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb
İran Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxsi cəzalandırmağa hazır olduğunu açıqlayıb.
APA xəbər verir ki, bunu İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir "IRNA"ya bildirib.
O qeyd edib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsə qarşı çıxarılan hökmün icrası üçün bütün hüquqi prosedurlar tamamlanıb və hazır vəziyyətə gətirilib.
“Qanunvericiliyə əsasən, hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət etməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət etməyiblər. Buna görə də məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq, hökm hələ icra edilməyib”, - Əsgər Cahangir deyib.
O əlavə edib ki, səfirliyə hücum törədən şəxsə qarşı çıxarılan edam hökmünün icrası üçün bütün hazırlıqlar tamamlanıb və fərdi qərar verilib: “Hökmün icrası üçün icra günü təyin olunmalıdır və ya mərhumun valideynləri və onların nümayəndəsi hökmün icra olunmasını istədiklərini bildirməlidirlər”.
Sözçü vurğulayıb ki, yuxarıda qeyd olunan hökmlə bağlı hüquqi və məhkəmə prosesi başa çatıb və icra üçün hər hansı əlavə hüquqi maneə qalmayıb.
Oxşar xəbərlər
Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışıb
Baş prokuror Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxslə bağlı hökmün icrası prosesinə münasibət bildirib
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib
Nazir müavini: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











