UNECE rəsmisi: "SPECA Fondu üçün yeni layihə təklifi hazırlanıb"
BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) birlikdə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Fondu üçün yeni layihə təklifi hazırlayıb.
"Report xəbər verir ki, bunu UNECE-nin icraçı katibinin müavini Dmitri Mariyasin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, layihə Mərkəzi Asiyada dayanıqlı və "ağıllı şəhərlər"in inkişafına dəstək verməyi hədəfləyir. SPECA-nın əsas prioritetlərindən biri Asiya ilə Avropanı nəqliyyat və ticarət vasitəsilə birləşdirən bağlantıların inkişafıdır. Əsas şəhər mərkəzləri dayanıqlı olmadan bu bağlantıların da dayanıqlı olması mümkün deyil".
D. Mariyasin əlavə edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz şəhərləri oxşar problemlərlə üzləşirlər: "Mənzil sistemlərinə təzyiq, köhnəlmiş infrastruktur, iqlim riskləri, enerji səmərəsizliyi və hava keyfiyyəti problemlərini əsas çağırışlardır. Şəhər idarəçiliyinin modernləşdirilməsi region ölkələrinin dayanıqlılığı üçün prioritet məsələyə çevrilib. Şəhərlərin fəal iştirakı olmadan SPECA regionunun və regional əməkdaşlığın gələcəyi ilə bağlı ciddi danışmaq mümkün deyil".
Oxşar xəbərlər
Bakıda SPECA Şəhərlər Forumu fəaliyyətə başlayıb
Dmitri Mariyasin: SPECA Fondu adlı maliyyələşdirmə mexanizminin yaradılması istiqamətində də ciddi addımlar atılıb
SPECA iştirakçı dövlətləri Birgə Bəyanat qəbul ediblər
SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı olub
Xavyer Torner: UNECE Ukraynanın şəhərləri üçün master-planların hazırlanması üzərində işləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
