Trampın nümayəndəsi ABŞ-ın Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub
ABŞ Prezidenti Donald Trampın nümayəndəsi ilk dəfə olaraq Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub.
Sizinxeber.az xəbər verir ki, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bu barədə jurnalist Taker Karlsona müsahibəsində deyib.
O, ABŞ-ın təsirli ola bilməyəcəyi hallarda vasitəçiliyə cəlb olunmasının düzgün olmadığını vurğulayıb.
“Niyə öz vaxtımı və ya Amerika Birləşmiş Ştatlarının vaxtını boşa sərf edim? Niyə mən Prezidentin yanına gəlib ona tövsiyə edim ki, biz dialoqla nəyisə başa çatdıra bilərik, sonra isə bacarmayaq? Biz o qədər təsirli ola bilmərik? Bu pis siyasət reseptidir. Əgər mən bu işin içində olmasam və qiymətləndirmələr aparıb prezidentə desəm ki, biz dialoq yolu ilə nəticəyə gələ bilərik, bu zaman iştirakın mənası olar. Bu hesablamalar yalnız iranlılar, ruslar, ukraynalılar üçün deyil, Azərbaycan və Ermənistan üçün də keçərlidir”, - Uitkoff əlavə edib.
Onun sözlərinə görə, bu prinsiplər bütün münaqişələrə tətbiq oluna bilər və ABŞ yalnız real təsir imkanlarına malik olduğu hallarda danışıqlarda iştirak etməlidir: “Beləliklə, bu prinsiplər bu gün bəlkə də danışacağımız bütün bu münaqişələrə aiddir”.
Oxşar xəbərlər
İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Kelloq: Trampın etibarlı Ukrayna planı mövcuddur
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub
Uitkoff: Həm Putin, həm də Tramp Ukraynada döyüşlərin dayandırılmasını dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
