Kelloq: Trampın etibarlı Ukrayna planı mövcuddur
sizinxeber.az xəbər saytı

Kelloq: Trampın etibarlı Ukrayna planı mövcuddur


ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iddia edir ki, Amerika liderinin komandası Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün etibralı plana sahibdir.

APA xəbər verir ki, Kelloq bu barədə “Fox News-“a müsahibəsində bildirib.

Kelloqun sözlərinə görə, Tramp başa düşür ki, Ukrayna münaqişəsi beynəlxalq münasibətlər sferasında əsas məsələlərdən biridir.

“Əminəm ki, biz həqiqətən nəsə edə bilərik. Prezident Tramp bu səylərin önündə duracaq, o, sövdələşmələr üzrə ustadır. Əminəm ki, biz bunu Amerika vətəndaşları və dünya üçün edə bilərik. Məncə, hazırdırlar. Düşünürəm ki, Avropa da buna hazırdır”, - Kelloq vurğulayıb.

Oxşar xəbərlər

Trampın Ukrayna münaqişəsi ilə bağlı güzəştə getmək niyyəti yoxdur
Kit Kelloq: Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək
Trampın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Kiyevə səfər edəcək
Tramp Keyt Kelloqu ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi təyin edib
KİV: Tramp Administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı tutarlı plan yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər