Azərbaycan Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini alqışlayır
sizinxeber.az xəbər saytı

Azərbaycan Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini alqışlayır


Azərbaycan Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə imzalanan sazişi alqışlayır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında bildirilib.

Qeyd edilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır: "Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik”.

Xatırladaq ki, martın 13-də Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rəhmon Bişkekdə iki ölkə arasında sərhədlə bağlı razılaşmanı imzalayıb. Hələ ötən ay Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar. Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.

Oxşar xəbərlər

Qırğızıstan və Tacikistan prezidentləri sərhədlə bağlı tarixi razılaşmanı imzalayıb - VİDEO
Sadır Japarov və Emomali Rəhmon iki ölkə arasında sərhəd sazişi imzalamağı planlaşdırırlar
Qırğızıstan və Tacikistan prezidentləri dövlət sərhədi üzrə müqavilə imzalayıblar
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzalayıb - VİDEO
Tacikistan və Qırğızıstan arasında sərhəd açılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər