WUF13 çərçivəsində süni intellekt üzrə gənclər müsabiqəsinə 30 ölkədən 285-dən çox müraciət daxil olub
WUF13 çərçivəsində süni intellekt üzrə gənclər müsabiqəsinə 30 ölkədən 285-dən çox müraciət daxil olub
WUF13 çərçivəsində təşkil edilən və "Dayanıqlı şəhərlərin gələcəyində süni intellekt" mövzusuna həsr olunan beynəlxalq gənclər müsabiqəsinə 30-dan çox ölkədən iştirakçılar tərəfindən 285-dən artıq müraciət daxil olub.
"Report" xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (ICYF ERC) layihə meneceri və İƏT Tələbə Assosiasiyasının əlaqələndiricisi Momina Mehdi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bildirib.
Məlumat yenilənir...
