Azərbaycan və Avropa Şurası arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb - YENİLƏNİB
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) baş katibi Alen Berse ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan və AŞ arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, ölkəmizin AŞ-nin üzvlüyünə qəbul olunmasından bəri Azərbaycanla AŞ arasında qanunun aliliyi, insan hüquqları, demokratiya istiqamətləri üzrə faydalı əməkdaşlığın mövcud olduğunu, lakin son dövrlərdə Şuranın müxtəlif institutları tərəfindən ölkəmizə qarşı nümayiş olunan qərəzin əməkdaşlığımıza xələl gətirdiyini qeyd edib.
Xüsusilə, ötən il AŞ Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin ölkəmizə qarşı münasibətin və ayrı-seçkiliyin göstəricisi kimi məyusluq doğurduğu diqqətə çatdırılıb.
Bu kimi addımların mövcud dialoq kanallarının bağlanması ilə qarşılıqlı təmas və münasibətlərə zərbə vurduğu bildirilib.
Görüşdə, həmçinin gündəlikdə duran aktual məsələlər və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələr aparılıb.
***
21:32
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Baş katibi Alen Bersetlə görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib:
Oxşar xəbərlər
Ceyhun Bayramov Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb
Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə görüşüb - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
