Quterreş nüvə silahının yaylmaması üzrə konfransın nəticələrindən məyus olub
sizinxeber.az xəbər saytı

Quterreş nüvə silahının yaylmaması üzrə konfransın nəticələrindən məyus olub


BMT-nin baş katibi Antonio Quterreş nüvə silahlarının yayılmaması müqaviləsi üzrə icmal konfransının yekun sənəd üzərində konsensusa gələ bilməməsindən məyus olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik bildirib.

"Baş katib nüvə silahlarının yayılmaması müqaviləsi üzrə on birinci icmal konfransının iştirakçılarının məzmunlu yekun sənəd üzərində konsensusa gəlməməsi və dünyamızı daha təhlükəsiz bir yerə çevirmək üçün bu vacib fürsətdən istifadə etməməsindən məyus olduğunu bildirir", - bəyanatda deyilir.

Quterreş qeyd edib ki, yüksək gərginlik və artan nüvə riskləri ilə xarakterizə olunan mövcud beynəlxalq mühit təcili tədbirlər tələb edir.

O, dövlətləri gərginliyi və nüvə təhdidlərini azaltmaq üçün bütün mövcud dialoq, diplomatiya və danışıqlar kanallarından istifadə etməyə çağırıb.

Bəyanatda həmçinin nüvə silahısız dünyanın BMT-nin tərksilah məsələsində əsas prioritet olaraq qaldığı vurğulanıb.

Baş katib konfransın sədri, Vyetnamın BMT-dəki daimi nümayəndəsi Do Xunq Vyetə yekun razılaşmaya çatmaq üçün yorulmaz səylərinə görə təşəkkür edib.

Oxşar xəbərlər

BMT-də nüvə silahlarının yayılmaması haqqında müqavilənin yekun sənədi razılaşdırılmayıb
Quterreş nüvə silahı ilə bağlı çağırış səsləndirib
İran Atom Enerjisi Təşkilatı: Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik
BMT artan təhlükələr şəraitində nüvə silahlarına nəzarətin gücləndirilməsinə çağırış edib
BMT-nin baş katibi İsrail, İran və ABŞ-yə çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər