Rubio: ABŞ İsveçi NATO-da nümunəvi müttəfiq hesab edir
sizinxeber.az xəbər saytı

Rubio: ABŞ İsveçi NATO-da nümunəvi müttəfiq hesab edir


ABŞ dövlət katibi Marko Rubio İsveçi NATO daxilində nümunəvi müttəfiq adlandırıb.

Sizinxeber.az xəbər verir ki, Rubio bu barədə NATO xarici işlər nazirlərinin Helsinqborqda keçirilən görüşü zamanı jurnalistlərə danışıb.

Onun sözlərinə görə, Vaşinqton İsveçlə uzun illərdir NATO çərçivəsindən kənarda da sıx əməkdaşlıq edir.

“Bu, NATO kontekstində nümunəvi müttəfiqdir və biz gələcək illərdə Stokholmla əməkdaşlığı daha da genişləndirməyi planlaşdırırıq”, – deyə Rubio vurğulayıb.

Oxşar xəbərlər

Marko Rubio: ABŞ NATO-da qalacaq
Dövlət katibi Rubio: ABŞ NATO-da qalacaq
ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək
Rubio: ABŞ Avropadakı hərbçilərinin gələcəyinə dair qərarında müttəfiqlərinin İran məsələsində davranışını nəzərə alacaq
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər