Seneqal Prezidenti Baş naziri istefaya göndərib
sizinxeber.az xəbər saytı

Seneqal Prezidenti Baş naziri istefaya göndərib


Seneqal Prezidenti Bassiru Diomaye Faye fərmanla Baş nazir Usman Sonkonu işdən çıxarıb.

"Sizinxeber.az"un məlumatına görə, fərman RTS telekanalının efirində oxunub.

Yeni hökumət başçısının təyin olunma vaxtı və namizədin adı hələ açıqlanmayıb. "Dakaractu" xəbər portalı qeyd edib ki, Sonkonun istefası faktiki olaraq bütün mövcud hökumətin buraxılması deməkdir.

Prezident nazirlərə yeni kabinet formalaşana qədər vəzifələrində qalmağı tapşırıb.

Dövlət başçısı ilə Baş nazir arasındakı münasibətlər 2025-ci ilin sonlarında ölkənin siyasi və iqtisadi kursu ilə bağlı fikir ayrılıqları fonunda pisləşib. Bu, Fay və Sonkonun uzun müddət yaxın müttəfiq olmalarına və müxalifətə birgə rəhbərlik etmələrinə baxmayaraq baş verib.

Bassiru Diomaye Faye 2024-cü ilin martında prezident seçkilərində qalib gəlib. Cinayət məhkumluğu səbəbindən seçkilərdə iştirakdan məhrum olunan Sonko onun namizədliyini dəstəkləyib. Faye vəzifəyə başladığı gün Sonkonu Baş nazir təyin edib.

Oxşar xəbərlər

Seneqal lideri Prezident İlham Əliyevi təbrik edib
Fransa Qərbi Afrika əsgərlərinin qətliamını tanıyıb
Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib
Makron Bayrunu prezident olmaq istədiyinə görə baş nazir təyin etməkdən qorxub
Malinin müvəqqəti Prezidenti baş naziri və hökuməti istefaya göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər