Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
sizinxeber.az xəbər saytı

Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!


Məlum olduğu kimi,Azərbaycanda bir sıra şəxslərə bələdiyyələr tərəfindən istifad üçün torpaqlar verilir.

Sizinxeber.Az xəbər verir  ki,bu Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

Bəs,icarəyə götürülən torpaq istifadə edilmədikdə bələdiyyə tərəfindən geri alınar bilərmi?

Sizinxeber.Az xəbər verir  ki,əgər vətəndaş icarəyə götürdüyü əkin sahəsini 2 il istifadə etməsə icarə müqaviləsinə xitam verilə bilər.

Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, və ya kənd təsərrüfatı istehsalı üçün verilmis torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmis torpaq sahasindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilə bilər.


Oxşar xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyası üzə növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə təsdiqlənib
Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
Sənədsiz evlərə çıxarış almaq asanlaşdı - Yeni qaydalar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər